Mart 05, 2022 18:43 Asia/Baku
  • Lavrov: Rusiya ABŞ-dan Moskva-Tehran əlaqələrinə zəmanət tələb edir

İrana qarşı qanunsuz sanksiyaların ləğvinə dair aparılan danışıqların son günlərində Rusiyanın xarici işlər naziri nüvə anlaşmasının canlandırılmasından sonra Rusiyanın hüquqlarının heş bir şəkildə pozulmayacağına dair ABŞ-dan yazılı zəmanət tələb edib.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiyanın xarici işlər naziri Sergey Lavrov keçirdiyi mətbuat konfransında deyib: "Moskva Vaşinqtondan ABŞ-ın başlatdığı hazırkı prosesin (sanksiyalar) Rusiyanın İranla ticarət-iqtisadi və investisiya əməkdaşlıq hüququna heç bir şəkildə təsir etməyəcəyinə dair ən azı dövlət katibi səviyyəsində yazılı təminat tələb edib". 

Lavrov bu barədə şənbə günü Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayevlə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında bildirib.

Lavrov xatırladıb ki, Əhatəli Müştərək Təşəbbüs Proqramının bərpası ilə bağlı Vyanada danışıqlar aparan tərəflər öz işlərində ən böyük payı yerinə yetiriblər.

"Bütün arifmetik məsələlər ümumi şəkildə razılaşdırılıb, baxmayaraq ki, iranlı həmkarlarımzın aydınlaşdırmaq istədikləri bir neçə mövzu hələ də var ki, biz bunları ədalətli tələblər hesab edirik", - deyə Lavrov qeyd deyib.

Rus rəsmisinin sözlərinə görə, İran razılaşarsa, Əhatəli Müştərək Təşəbbüs Proqramının sənədinin qəbulu prosesi başlaya bilər.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu yaxınlarda Vyana danışıqları ilə bağlı deyib: "Müqavilə layihəsi hazırlanıb, İranın qırmızı xətləri ilə bağlı Vaşinqton və Avropa üçün heç bir qeyri-müəyyənlik yoxdur və şünhəsiz ki, İran qırmızı xəttlərindən keçməyəcək".  

ABŞ-ın İrana qarşı sanksiyalarının ləğvi ilə bağlı Vyana danışıqlarının səkkizinci raundu fevralın 8-dən keçirilir.

Teqlər