Mart 08, 2022 15:14 Asia/Baku
  • Əmir-Abdullahiyan İranın mövqeyini rusiyalı həmkarının diqqətinə çatdırdı

 İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla Rusiya XİN rəhbəri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir-Abdullahهyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon danışığında İranın müharibəyə, eləcə də sanksiyalar tətbiq etmə siyasətinə qarşı olduğunu bildirib.

Bu telefon təması zamanı tərəflər Ukraynada və dünyanın digər bölgələrində cari hadisələrlə yanaşı, ikitərəfli məsələləri və Vyanada davam edən nüvə danışıqlarının gedişatını nəzərdən keçiriblər.

MAQATE sədri Rafael Qrossinin Tehrana son səfəri ilə bağlı İran və Rusiya xarici işlər nazirləri hesab ediblər ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik düzgün istiqamətdə irəliləməyə başlayıb və buna uyğun olaraq İranla yaxşı razılaşma əldə edib.

İranın xarici işlər naziri rusiyalı həmkarına deyib: Vyanada yaxşı və güclü razılaşma əldə etmək üçün bütün qətiyyətlə səylərimizi davam etdiririk.

O əlavə edib ki, Vyanada indiyədək əldə edilmiş yaxşı nailiyyətlərə baxmayaraq, hələ də Qərb tərəfinin siyasi qərar qəbul etməsini tələb edən bəzi həlledici məsələlər var.

Digər tərəfdən, Rusiya xarici işlər naziri Moskva ilə Tehran arasında müxtəlif sahələrdə, xüsusən də ticarət və iqtisadiyyat sahəsində əməkdaşlığın zəruriliyini vurğulayıb.

Teqlər