İranın vitse-prezidenti BMT Baş Assambleyasının sədri ilə görüşüb
İran İslam Respublikasının vitse-prezidenti və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sədri Qadının Statusu Komissiyasının 66-cı iclasının kənarında görüşüblər.
SəhərAzəri-nin məlumatına əsasən, korona pandemiyası ilə bağlı yaranmış ikiillik fasilədən sonra Qadının Statusu Komissiyasının illik iclasları sırasından altmış altıncı iclas ölkələrin qadınlar sahəsi üzrə başçıları və yüksək vəzifəli rəsmilərinin iştirakı ilə BMT-nin Nyu-Yorkdakı iqamətgahında işə başlayıb. Bazar ertəsi günü, martın on dördündən başlanan iclas martın iyirmi beşinədək sürəcək.
İran İslam Respublikasının qadın və ailə məsələləri üzrə vitse-prezidenti Ensiye Xəzəli BMT Baş Assambleyasının sədri Abdullah Şəhidlə görüşdə İranda kənd qadınlarının və ailə başçısı olan qadınların tibbi sığortalarındakı yeniliyə işarə və İran İslam Respublikasının ailə başçısı olan qadınlar üçün digər sosial sığortaların təmini sahəsindəki fəaliyyətlərini şərh edib.
Abdullah Şəhid də qadınların daha çox himayə edilmələri, onların inkişafı və tərəqqisi üçün imkanın yaradılmasını vurğulayıb.
İran İslam Respublikasının qadın və ailə məsələləri üzrə vitse-prezidenti və BMT Baş Assambleyasının sədri həmçinin cəmiyyətlərin inkişafında qadınların rolunun əhəmiyyəti ətrafında fikir mübadiləsi aparıblar.