İranın Londondakı səfirliyi Qardian qəzetinin məlumatını təkzib edib
https://azeri.sahartv.ir/news/İran-i387979-İranın_londondakı_səfirliyi_qardian_qəzetinin_məlumatını_təkzib_edib
İranın Londondakı səfirliyi İngiltərədə çıxan Qardian qəzetinin Rusiyanın bu qəzetin iddiasına görə, İran tərəfindən İraqdan qaçaq edilmiş silahlardan istifadə etməsi barədəki məlumatını təkzib edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 13, 2022 15:54 Asia/Baku
  • İranın Londondakı səfirliyi
    İranın Londondakı səfirliyi

İranın Londondakı səfirliyi İngiltərədə çıxan Qardian qəzetinin Rusiyanın bu qəzetin iddiasına görə, İran tərəfindən İraqdan qaçaq edilmiş silahlardan istifadə etməsi barədəki məlumatını təkzib edib.

SəhərAzəri-nin məlumatına əsasən, İranın Londondakı səfirliyi bir tvittdə yazıb ki, Qardian-ın çərşənbə axşamıgünkü məlumatı qeyri-real və əsassızdır.

İranın Londondakı səfirliyi əlavə edib: Ukraynadakı son hadisələrlə Qərbi Asiyadakı regional olaylar arasında əlaqə yaratmaq üzrə səy və İranın adının hallanması, qeyri-peşəkar və qəbuledilməz bir hərəkətdir.