Apr 28, 2022 13:27 Asia/Baku
  • Amerikalılar rəsmən İrana məğlub olduqlarını etiraf etdilər

ABŞ-ın birtərəfli surətdə nüvə anlaşmasından çıxmasına işarə edən İran prezidenti deyib: Amerikalılar nüvə anlaşmasını pozmaqla İranı ən şiddətli təzyiqlər altında qoymaq istəyirdilər, amma bu gün rəsmən etiraf edirlər ki, İrana qarşı maksimum təzyiq tətbiq etmək sahəsində biabırçı məğlubiyyətə uğrayıblar.

İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi Çin Xalq Respublikasının müdafiə naziri general-polkovnik Vey Fen Xe ilə Tehranda keçirdiyi görüşdə bildirib ki, regional və qlobal hadisələr İran-Çin strateji əməkdaşlıqlarının dəyərini əyani şəkildə göstərir.

İran prezidenti vurğulayıb: Unilateralizm və hegemonçuluq,/ ölkələrə nəzarət edib, dünyanın dayanıqlı iqtisadi inkişafını əngəlləmək məqsədilə formalaşır. Unilateralizmlə mübarizə və sabitlik və nizam-intizamın yaradılması, sırf olaraq, müstəqil və həmrəy güclərin əməkdaşlıqları yolu ilə müyəssər ola bilər.

Ölkə prezidenti söhbətinin davamında Amerikanın birtərəfli şəkildə nüvə anlaşmasından çıxmasına işarə edib: Amerikalılar nüvə anlaşmasını pozmaqla İranı ən şiddətli təzyiqlər altında qoymaq istəyirdilər, amma bu gün rəsmən etiraf edirlər ki, İrana qarşı maksimum təzyiq tətbiq etmək sahəsində biabırçı şəkildə məğlub olublar.

Rəisi vurğulayıb: İran xalqı göstərdi ki, müqavimətlə öz hüquqları və ideallarına nail ola bilər.

Ölkəsinin prezidentinin səmimi salamlarını cənab Rəisiyə çatdıran Çin Xalq Respublikasının müdafiə naziri general-polkovnik Vey Fen Xe də vurğulayıbdır ki, İran-Çin əlaqələrinin gücləndirilməsi,/ daima/ və xüsusən, dünyanın hazırkı böhranlı və qarışıq şəraitində, region və dünya üçün təhlükəsizlikyaradandır.

Çin Xalq Respublikasının müdafiə naziri əlavə edib: İran və Çin, bütün beynəlxalq məsələlərdə qarşılıqlı həmkarlığa malik ola/ və dünyada sülh və asayişin yayılmasına kömək edə bilərlər.

General-polkovnik Vey Fen Xe qeyd edib ki, unilateralizm, dünyanın stabil iqtisadi inkişafına mane olur.

Teqlər