BMT-nin xüsusi məruzəçisinin İrana səfər proqramı açıqlanıb
https://azeri.sahartv.ir/news/İran-i388790-bmt_nin_xüsusi_məruzəçisinin_İrana_səfər_proqramı_açıqlanıb
İran İslam Respublikası məhkəmə hakimiyyətinin insan hüquqları qərargahının katibi BMT-nin xüsusi məruzəçisinin İrana səfər proqramını açıqlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 05, 2022 10:04 Asia/Baku
  •  Kazım Qəribabadi
    Kazım Qəribabadi

İran İslam Respublikası məhkəmə hakimiyyətinin insan hüquqları qərargahının katibi BMT-nin xüsusi məruzəçisinin İrana səfər proqramını açıqlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Kazım Qəribabadi deyib: BMT-nin xüsusi məruzəçisinin İrana səfəri onun İran xalqına qarşı sanksiyaların dağıdıcı təsirləri ilə tanış olması üçün bir fürsətdir.

Qəribabadi BMT-nin birtərəfli icbari tədbirlərin mənfi təsirlərinin araşdırılması məsələsi üzrə xüsusi məruzəçisi Alyona Douhanın İran İslam Respublikasına səfəri ilə bağlı bildirib ki, BMT-nin xüsusi məruzəçisinin İrana səfər xahişinin qəbul edilməsinin ardınca Douhan mayın səkkizindən etibarən, İrana onbirgünlük səfərə çıxacaq.

İran İslam Respublikası məhkəmə hakimiyyətinin insan hüquqları qərargahının katibi həmçinin deyib: Douhanın əsas tapşırığı, birtərəfli icbari tədbirlərin İran xalqının insan hüquqlarından bəhrələnməsi üzərindəki mənfi təsirlərinin araşdırılmasıdır. Bu istiqamətdə o, İranın dövlət orqanları və qeyri-dövlət təşkilatlarının, eləcə də özəl sektorun nümayəndələri ilə müxtəlif görüşlər keçirəcək.