May 07, 2022 11:16 Asia/Baku
  • Vyana danışıqlarında hazırkı vəziyyətin səbəbkarı ABŞ-ın yanlış siyasətidir

İranın xarici işlər naziri BMT-nin Baş katibi ilə telefon danışığında Vyana danışıqlarındakı mövcud vəziyyətə görə ABŞ-ın maksimum təzyiq kampaniyasını günahlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və BMT-nin baş katibi Antonio Quterreş cümə günü baş tutan telefon danışığında bəzi regional və beynəlxalq hadisələr, o cümlədən Yəmən, Əfqanıstan və Ukraynadakı vəziyyət, habelə İrana qarşı sanksiyaların aradan qaldırılması ilə bağlı Vyana danışıqlarını müzakirə ediblər. 

Əmir Abdullahiyan İran və ABŞ arasında Avropa Birliyi vasitəsilə davam edən mesaj mübadiləsinə işarə edərək, ABŞ-ın maksimum təzyiq siyasətinin mövcud vəziyyətə səbəb olduğunu deyib.

Əmir Abdullahian həmçinin ABŞ Konqresinin məcburi olmayan qərarını tənqid tənqid edib və bildirib ki, uzunmüddətli, güclü və ədalətli bir razılaşmaya nail olmaq ABŞ hökumətinin keçmişdəki səhv yanaşmasını kompensasiya etmək üçün real və cəsarətli qərar qəbul etməsini tələb edir.

İranın xarici işlər naziri bu telefon danışığının digər bir hissəsində Yəməndə müvəqqəti atəşkəsə toxunaraq, atəşkəsin davam etdirilməsinin zəruri olduğunu bildirib, lakin atəşkəs razılaşması ilə bağlı öhdəliklərin yerinə yetirilməsini və Yəmənin humanitar mühasirəsinin aradan qaldırılmasını istəyib.

İranın xarici işlər naziri daha sonra Əfqanıstandakı təhlükəsizlik və humanitar vəziyyətin ciddi narahatlıq doğurduğunu deyib və orada bütün etnik qrupların iştirakı ilə əhatəli hökumətin qurulmasının vacibliyini vurğulayıb.

Əmie Abdullahian İranın Ukraynada davam edən müharibəyə qarşı olduğunu bildirib və İran İslam Respublikasının müharibədən uzaq durmaq və diqqəti Ukrayna böhranının humanitar aspektlərinə və siyasi həll yollarına yönəltmək üçün göstərdiyi siyasi səylərə toxunaraq, qeyd edib ki, Ukrayna böhranı beynəlxalq ictimaiyyətin diqqətinin Əfqanıstandakı humanitar fəlakətə yönəlməsinə mane olmamalıdır.

BMT-nin baş katibi də bu telefon danışığında sanksiyaların aradan qaldırılması ilə bağlı Vyana danışıqlarında siyasi təşəbbüslərin vacibliyinə diqqət çəkib və danışıqların davam etdiriləcəyinə və arzu olunan nəticələrə gətirib çıxaracağına ümid etdiyini bildirib.

BMT-nin rəhbəri Əfqanıstanda inklüziv hökumətin formalaşdırılmasının əhəmiyyətini vurğulayaraq, İran İslam Respublikasının əfqan qaçqınların qəbulu, onlara humanitar yardımın göstərilməsi, həmçinin köçkün əfqanlara ev sahibliyi etməkdəki konstruktiv rolunu yüksək qiymətləndirib.

Teqlər