May 12, 2022 11:41 Asia/Baku
  • BAEA-nın İranla bağlı açıqlamaları təhrif edilib

Rəsmi Tehran bildirir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin İranla bağlı açıqlamaları təhrif edilib.

SəhərAzəri-nin məlumatına əsasən, İranın Atom Enerjisi Təşkilatının mətbuat katibi Behruz Kamalvəndi bu barədə deyib: “Deyilənlərdən bu əldə edilir ki, Rafael Qrossinin açıqlamaları siyasi məqsədlərlə təhrif edilib”.

Kamalvəndi Səudiyyə Ərəbistanının "əl-Ərəbiyyə" telekanalının Rafael Qrossinin dilindən yayımladığı məlumatlara münasibət bildirərkən qeyd edib ki, bu məlumatlar siyasi məqsədlərlə təhrif edilib.

Qeyd edək ki, əl-Ərəbiyyə telekanalı Rafael Qrossinin dilindən məlumat yayaraq bildirib ki, İran uranın zənginləşdirildiyi yeni məkanlar barədə BAEA-ya məlumat verməkdən imtina edir. Həmçinin telekanal R.Qrossinin dilindən iddia edib ki, nüvə sazişinə nail olmaq üçün fürsət bitib.

Bu arada qeyd edək ki, Avropa İttifaqının nüvə danışıqları üzrə xüsusi nümayəndəsi Enrike Mora ötən gün Tehrana gəlib və bu ölkənin Atom Enerjisi Təşkilatının rəsmiləri və digər yüksək çinli rəsmilərlə görüşüb.

Teqlər