May 24, 2022 15:27 Asia/Baku
  • Xətibzadə: Beynəlxalq ictimaiyyət İsrailin təcavüzlərinə susmamalıdır

İran XİN sözçüsü bəyan edib ki, beynəlxalq ictimaiyyətin İsrailin təcavüzlərinə susması onu daha da cürətləndirib.

SəhərAzəri-nin məlumatına əsasən, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə deyib.

Xürrəmşəhrin azadlığının ildönümü mərasimində çıxış edən İran rəsmisi “beynəlxalq ictimaiyyətin İsrailin Fələstin, Livan və Suriyaya qarşı davamlı hücumları qarşısında sakit qalması və bunu görməzdən gəlməsini tənqid edib və qeyd edib ki, bu vəziyyət İsraili addımlarını davam etdirməkdə daha da cürətləndirməkdədir.

Onun sözlərinə görə, Amerika Birləşmiş Ştatlarının bu işğalçı quruma açıq və gizli dəstəyi onun təkəbbürünün artmasında mühüm rol oynayır, çünki o, nəinki Suriyanın Colan Yüksəkliklərini işğal etməkdə davam edir, həm də Suriyada dövlət və ictimai infrastruktura dəfələrlə hava və raket zərbələri endirir”, deyə Xətibzadə əlavə edib.

Teqlər