Güclü nüvə anlaşmasına nail olmaqda ciddiyik
İran İslam Respublikasının xarici işlər naziri İsveçrədə keçirilən Davos forumunun kənarında vurğulayıb: Güclü və davamlı nüvə anlaşmasına nail olmaqda ciddiyik. Diplomatiya qapılarını açıq saxlayacağıq.
SəhərAzəri-nin məlumatına əsasən, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian bu gün Davos forumunun kənarında CNN informasiya kanalı ilə müsahibədə deyib: Son zamanlar nüvə anlaşmasını canlandırmaq üçün yeni təşəbbüs irəli sürmüşük və Amerika prezidenti Co Bayden maksimum təzyiq siyasətini dayandırmalıdır.
İranın xarici işlər naziri əlavə edib: 2015-ci il nüvə anlaşmasına qayıdış, İranın beynəlxalq iqtisadi fəaliyyətlərə qayıtmasından asılıdır.
Əmir-Abdullahian sonra belə qeyd edib: Amerika tərəfindən sanksiyaların tətbiq edilməsi kimi rəftar psixozunun şahidiyik. Belə ki, Vyana danışıqları əsnasında Bayden İrana qarşı yeni sanksiyalar tətbiq etdi.
İranın xarici işlər naziri həmçinin deyib: Biz hələ Amerika tərəfinə etimad edə biləcəyimiz yerə çatmamışıq ki, onun rəftarının dəyişdiyinə qane olmuş olaq.