İyun 02, 2022 13:00 Asia/Baku
  • İrandan ŞƏT-ə rəsmi təklif

İran xarici işlər nazirinin iqtisadi diplomatiya məsələləri üzrə müavini üzv ölkələr arasındakı ticarət mübadilələrini asanlaşdırmaq üçün vahid pulun tərif edilməsi istiqamətində İranın Şanxay Əməkdaşlıq Təşkilatına olan təklifindən xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən, Mehdi Səfəri deyib: Ay yarım bundan qabaq nəzarətçi bir üzv kimi Şanxay Əməkdaşlıq Təşkilatına ünvanladığımız məktubda təklif etdik ki, üzvlər arasında vahid pul tərif etsin.

Səfəri əlavə edib: Əgər bu ideya həyata keçərsə, Şanxay müahidəsinə üzv ölkələr, həmçinin Çin, Hindistan, Pakistan və Rusiya kimi qüdrətli ölkələr arasındakı ticarət məsələlərini həll edə bilər.

Səfəri İranın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvlərilə həmkarlığının gücləndirilməsi zəminləri barədə isə vurğulayıb: Bu təşkilata üzv ölkələrlə əlaqə yollarını çeşidli edə bilməliyik.

Səfəri sonra Şimal-Cənub dəhlizi barədəki razılaşma sənədinin yekunlaşmasına, Qara Dənizin Fars Körfəzinə qovuşmasına işarə və bu dəhliz vasitəsilə ticarət mallarının köçürülməsi imkanının artmasına təkidlə əlavə edib: Bu istiqamətdə əmtəə mallarının dəniz, dəmiryolu və şose yolu kimi üç sahədə köçürülməsi həcmi otuz milyon tona çatır və bu rəqəmin reallaşması üçün həmin istiqamətdə dəmiryolu infrastrukturları təkmilləşdirilməlidir.

Teqlər