İyun 02, 2022 21:11 Asia/Baku
  • Sanksiyaçı ölkələrin özləri problemlə üzləşiblər

İranın neft naziri deyib: Sanksiya edənlər elə təsəvvür edirlər ki, terrorçuluq vasitəsi olan sanksiya ilə İranın inkişafına mane olacaqlar, amma bu sanksiyalar ikitərəfli bir qılınc kimi, onların özlərinə zərbə vurubdur.

SəhərAzəri-nin məlumatına əsasən, Cavad Ovci Bakıda keçirilən beynəlxalq enerji konfransında otuza yaxın ölkənin nazirləri və nümayəndələrinin qarşısında İranın enerji, neft və qaz istehsalındakı uğurlarına işarə və əlavə edib: İran xalqına qarşı birneçəillik və qəddarcasına sanksiyalara rəğmən, İran nefti və qazının inkişafı dayanmadı.

Ovci əlavə edib: İran dünyanın maksimum qaz tutumuna malikdir və hal-hazırda İranın qaz anbarları və imkanlarından 23 tam onda səkkiz trilyon kubmetri dünya tələbatının mühüm bir hissəsini təmin edə bilər.

İranın neft naziri deyib: İran hal-hazırda gündə bir milyard kubmetr qaz istehsal etmək imkanına malikdir. İranın neft istehsalı gücü də dörd milyon barrelə yaxındır. İran ildə 92 milyon ton neft-kimya məhsulu da istehsal edir.

Dünya xalqlarının enerji nemətindən bəhrələnmələri zərurətinə toxunan Ovci söyləyib ki, bütün dünya xalqlarının bu ilahi nemətdən bəhrələnmələrini istəyən İran İslam Respublikası yaxşı və güclü infrastrukturla, region və dünya ölkələri ilə neft və qaz köçürülməsi, ticarət və bütün inkişaf bölmələrində əməkdaşlığa hazır olduğunu bildirib.

Teqlər