İran və İraq Ərbəin ziyarəti ilə bağlı memorandum imzalayıblar
https://azeri.sahartv.ir/news/İran-i389891-İran_və_İraq_Ərbəin_ziyarəti_ilə_bağlı_memorandum_imzalayıblar
İran və İraqın daxili işlər nazirləri Ərbəin mərasimlərinin təşkili ilə bağlı anlaşma memorandumu imzalayıblar.
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyun 07, 2022 13:56 Asia/Baku
  • İran və İraq Ərbəin ziyarəti ilə bağlı memorandum imzalayıblar

İran və İraqın daxili işlər nazirləri Ərbəin mərasimlərinin təşkili ilə bağlı anlaşma memorandumu imzalayıblar.

SəhərAzəri-nin məlumatına əsasən, anlaşma memorandumu çərşənbə axşamı İranın Daxili İşlər Nazirliyində İranın daxili işlər naziri Əhməd Vəhidi və iraqlı həmkarı Osman Əl-Qaniminin iştirakı ilə imzalanıb.

Sağlamlıq, məskunlaşma, təhlükəsizlik, viza tələbləri, tranzit və nəqliyyat da daxil olmaqla Ərbəin mərasimlərinin təşkili iki tərəfin müzakirə etdiyi memorandumun əsas mövzularından olub.

Ərbəin əzadarlıq mərasimi Həzrət Məhəmmədin (s) nəvəsi İmam Hüseynin (ə) şəhadətinin 40-cı gününü qeyd edən dünyanın ən böyük dini mərasimlərindən biridir.