İran istehsalı olan ikinci tanker Venesuelaya təhvil verilib
İran istehsalı olan ikinci neft tankeri Venesuelaya təhvil verilib. Tanker Venesuelanın sifarişi ilə düzəldilib.
SəhərAzəri-nin məlumatına əsasən, “Aframaks” tipli tankerin təhvil verilməsi mərasimi bu gün İran və Venesuela prezidentləri Seyid İbrahim Rəisi və Nikolas Maduronun iştirakı ilə keçirilib. Tanker İranın Sədra dəniz sənaye şirkəti tərəfindən düzəldilib.
İki ölkənin prezidentləri videokonfrans formatında Fars körfəzində yerləşən gəminin göyərtəsi ilə əlaqə saxlayıb və bu/ okeanda üzən tankerin düzəldilmə etapları və onun fəaliyyəti barədə məlumat kəsb ediblər.
Mərasimdə İranın Sədra dəniz sənaye şirkəti ilə venesuelalı tərəf arasında “Aframaks” neft tankerinin təhvili üzrə sənədlər də imzalanıb.
Bu tanker, Venesuelanın ötən illərdə İrana sifariş verdiyi ikinci gəmidir.
Tərəflər arasında bağlanmış müqaviləyə əsasən, İran, düzəldildikdən sonra Venesuelaya daha iki tanker təhvil verəcək.
Nəhəng “Aframaks” tankeri səkkiz yüz min barrel neft daşımaq qabiliyyətinə malikdir.