İran Milli Təhlükəsizlik Şurasının katibi Bakıya səfər edəcək
https://azeri.sahartv.ir/news/İran-i391089-İran_milli_təhlükəsizlik_Şurasının_katibi_bakıya_səfər_edəcək
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi və islam inqilabının aliməqam rəhbərinin nümayəndəsi Kontr Admiral Əli Şəmxani Azərbaycan Respublikasına səfər edəcək.
(last modified 2024-06-07T05:07:56+00:00 )
İyul 13, 2022 08:22 Asia/Baku
  • İran Milli Təhlükəsizlik Şurasının katibi Bakıya səfər edəcək

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi və islam inqilabının aliməqam rəhbərinin nümayəndəsi Kontr Admiral Əli Şəmxani Azərbaycan Respublikasına səfər edəcək.

SəhərAzəri-nin məlumatına əsasən,Əli Şəmxaninin səfəri iyulun 15-də azərbaycanlı həmkarı Ramil Usubovun rəsmi dəvəti əsasında baş tutacaq.

Səfər zamanı Şəmxani Ramil Usubovla ikitərəfli əlaqələrin inkişafı, regional və beynəlxalq məsələləri müzakirə edəcək.

islam inqilabının aliməqam rəhbərinin nümayəndəsi Azərbaycan Respublikası prezidenti ilə də görüşəcək.