İyul 23, 2022 20:01 Asia/Baku
  • PUA daşıyan dəniz diviziyası gəmiçiliyin təhlükəsizliyini qorumaq məqsədilə yaradılıb

İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı bu qüvvələrin PUA daşıyan yeni diviziyasının formalaşması və fəaliyyəti haqqında deyib: "Bu donanma informasiya üstünlüyünü artırmaq və ölkənin su sərhədlərindən kənarda gəmiçiliyin təhlükəsizliyini qorumaq üçün yaradılıb".

SəhərAzəri-nin məlumatına əsasən, kontr-admiral Şəhram İrani "İran Press" xəbər agentliyi ilə eksklüziv müsahibədə ötən həftə təqdimatı olan İran ordusunun ilk pilotsuz təyyarə daşıyıcısı diviziyasının fəaliyyəti ilə bağlı deyib: "Ordunun donanmasının gəmiçiliyin təhlükəsizliyini təmin etmək məqsədilə ölkənin su sərhədlərindən təxminən iki min 200 kilometr aralıda yerləşdiyi nəzərə alınaraq, əməliyyat imkanlarının və informasiya üstünlüyünün artırılması məqsədi ilə pilotsuz təyyarələr daşıyıcısının təqdimatının ilkin mərhələləri həyata keçirilib. 

Kontr-admiral İranı, həmçinin İran və digər ölkələrin Ədən körfəzi, Qırmızı dəniz və Şimali Hind okeanında dəniz quldurları ilə mübarizə strategiyaları haqqında deyib: "Dəniz və gəmiçilik təhlükəsizliyinin yaradılması məqsədiləHind okeanı ilə həmsərhəd ölkələrin dəniz qüvvələrinin komandirlərindən ibarət "İONS" adlı işçi qrupu formalaşıb".

Teqlər