İranın yaxşı, güclü və davamlı anlaşmaya çatmaq üzrə iradəsində şübhə yoxdur
“İranın yaxşı, güclü və davamlı anlaşmaya çatmaq üzrə iradəsində heç bir şübhə yoxdur”. Bunu, İranın xarici işlər naziri Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi ilə telefon söhbətində bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, İranın xarici işlər naziri deyib: Əgər Amerika real baxışla anlaşmanın əldə olunması istiqamətində addım atarsa, yaxşı anlaşma əlçatandır.
Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrellin “Masa üzərinə bir mətn qoymuşam ki, onda sanksiyaların götürülməsi və nüvə anlaşmasının bərpası istiqamətində nüvə addımları ətraflı şəkildə şərh edilib” qeydindən sonra İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan Borrellə telefon danışığında onunla, sanksiyaların götürülməsi üzrə müzakirələrin son durumu ətrafında fikir mübadiləsi aparıb.
Telefon söhbətində Cozef Borrellin və onun müavini Enrike Moranın səylərinə görə, təşəkkür edən Əmir-Abdullahiyan vurğulayıb ki, İranın yaxşı, güclü və davamlı anlaşmaya çatmaq üzrə iradəsində heç bir şübhə yoxdur.
O, əlavə edib: Əgər Amerika real baxışla anlaşmanın əldə olunması və onun həll yolu istiqamətində addım atarsa, yaxşı anlaşma bütün tərəflər üçün əlçatan olacaq.
Cozef Borrell bir daha özü və müavininin bu prosesi bütün tərəflərlə məşvərət və əlaqə yolu ilə asanlaşdırmağa və sürətləndirməyə hazır olduqlarını vurğulayıb.