Top Amerikanın meydanındadır
İran İslam Respublikasının baş müzakirəçisi Əli Baqiri deyib ki, Amerika nüvə anlaşması üzvlərinin səxavət göstərmələrilə yaranmış fürsətin qədrini bilməlidir. Qeyd edib ki, top amerikanların meydanındadır və onlar yetkinlik nümayiş etdirməli və məsuliyyətlə hərəkət etməlidirlər.
SəhərAzəri-nin məlumatına əsasən, tvitter-də danışıqları irəlilətmək üçün Vyanaya getdiyini bildirən Əli Baqiri əlavə edib: Məsuliyyət, anlaşmanı pozan və keçmişin nəhs mirasından uzaqlaşmaqda uğursuz qalanların üzərinə düşür.
İran İslam Respublikası xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini həmçinin Tehranda İtaliya xarici işlər nazirliyinin siyasi və təhlükəsizlik məsələləri üzrə baş direktoru Paskuale Ferrara ilə görüşdə deyib: Müzakirələrdə məqsəd, Amerikanın anlaşmaya qayıdış şəraitinin təyin edilməsidir. Bu səbəbdən, Vaşinqton nüvə anlaşmasının üzvü olan İran üçün qeyd-şərt təyin edə bilməz.
Baqiri müzakirələrin gələcək prosesinə də toxunub. Bildirib ki, qarşıdakı danışıqlarda Amerikanın razılığa nail olmaq üzrə ciddi və real iradəsi sınaqdan keçiriləcək.
İrana qarşı qəddarcasına və qanunsuz sanksiyaların aradan qaldırılması istiqamətli danışıqlarda iştirak edən ölkələrin əksər hissəsi müzakirələrin tez bir zamanda yekunlaşdırılmasını istəyir, amma yekun anlaşmaya nailolma, Amerikanın yerdə qalan bir neçə mühüm və əsas məsələ ilə bağlı siyasi qərarlarını gözləyir.
İran İslam Respublikasına qarşı qəddarcasına və qanunsuz sanksiyaların aradan qaldırılmasına yönəlmiş müzakirələr İranın müzakirə komandasının təşəbbüslərinə görə, müəyyən irəliləyişlərin şahidi olub, amma Co Bayden administrasiyasının keçmiş Amerika hökumətinin qanunsuz hərəkətlərini kompensasiya etmək sahəsindəki yubatmaları və maksimum təzyiq kampaniyasını davam etdirməsi, bu ölkənin nüvə anlaşmasına qayıdış sahəsində cidd olmasına şəkk-şübhələrin yaranması və danışıqlar prosesinin uzanmasına səbəb olubdur.