Sen 03, 2022 12:39 Asia/Baku
  • Tehran beynəlxalq məsələlərin həllində vasitəçilik edir - TƏHLİL

İranın Ukrayna böhranının həlli ilə bağlı diplomatik təşəbbüsü onun xarici siyasətində yeni fəslin başlanğıcı sayıla bilər ki, bu da Qərbdən hədəflədiyi təcrid siyasətinin tamamilə iflasa uğradığını göstərir.

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir- Abdullahiyanın Moskvaya səfəri zamanı Fransa prezidenti Emmanuel Makronun İrandan vasitəçilik etməsini xahiş etməsi xəbərinin yayılması oldu. Belə ki, fransızlar qışda donmamaq üçün İran hakimiyyətindən Rusiya ilə Avropa arasında vasitəçilik etməsini xahiş etmişdilər.

Müşahidələr göstərir ki, NATO-nun təhriki ilə Ukrayna böhranının başlamasından 6 ay keçsə də, onun mənfi nəticələri dünyanın bir çox ölkələrinə, xüsusən də Avropa ölkələrinə kölgə salıb. Xüsusən də avropalılar Rusiya enerjisindən asılılığı azaltmaq üçün həll yolu tapa bilmirlər.

İqtisadiyyat ekspertləri vurğulayırlar ki, Avropa enerji problemini həll edə bilməsə, enerji sektorunda qiymətlərin qalxması fonunda onlar sərt qışı gözləməli olacaqlar.

Bu arada avropalıların enerji böhranını həll etmək üçün düşündükləri üsullardan biri Tehran ilə Moskvanın strateji əlaqələrinin yeni səviyyəyə yüksəldiyi üçün İranın imkanlarından istifadə etməyi gündəmə gətirmələridir.

Qərbin bu istəyi İranın regiondakı rolunda yeni fəsildən başlanmasından xəbər verir. Daha doğrusu onlar İranın enerji sahəsində həlledici oyunçu kimi mövqeyini və vasitəçilik imkanlarını unutmağa qadir deyillər. Bununla yanaşı İranın Ukrayna böhranının həlli ilə bağlı diplomatik təşəbbüsü rəsmi Tehranın xarici siyasətdə mühüm bir beynəlxalq oyunçuya çevrildiyini göstərir. Bu isə o deməkdir ki, İranı təcrid etmək siyasəti tamamilə iflasa uğrayıb və böyük güclər bu gün beynəlxalq məsələlərin həllində İranla məsləhətləşməyə, ondan kömək istəməyə məcburdurlar.

Teqlər