BMT sözçüsündən Albaniyanın İrana qarşı ittihamına reaksiya
BMT sözçüsü ABŞ və Albaniyanın İrana qarşı əsassız ittihamlarına reaksiyada bildirib ki, BMT-nin ixtiyarında Albaniyanın kiberhücuma məruz qalıb-qalmaması haqda müstəqil məlumat yoxdur.
SəhərAzəri-nin məlumatına əsasən, Stefan Ducarrik yerli vaxtla cümə axşamı günü bu məsələni qeyd edib.
O, eyni zamanda, kiber hücumları barədə belə deyib: Son illər kiber hücumlarının artmasına görə, BMT-yə üzv ölkələr konkret bir çərçivə barədə razılaşma ilə kiber hücumlarının dağıdıcı təsirlərini azaltmalıdırlar.
Albaniyanın baş naziri dünən İrana qarşı əsassız ittihamda bildirdi ki, ölkəsi İranla əlaqələrini kəsibdir.
Edi Rama qeyd etdi ki, bu ölkə İranla diplomatik əlaqələri kəsməkdədir və İran səfirliyinin korpusuna və iranlı diplomatlara 24 saat ərzində Albaniya ərazisini tərk etmək barədə göstəriş veribdir.
Albaniya hökumətinin İran İslam Respublikasına qarşı əsassız iddialarını rədd edən İran Xarici İşlər Nazirliyi həmin ölkənin ölkəmizlə siyasi əlaqələri bu kimi əsassız iddialar əsasında kəsmək üzrə qərarını beynəlxalq münasibətlərdə uzaqgörənliyə malik olmayan düşünülməmiş bir hərəkət adlandırıb.
Xatırlatmaq lazımdır ki, terrorçu münafiqlər qruplaşmasının İraqdan çıxarılmasından sonra bu qruplaşma ABŞ-ın göstərişi və digər NATO üzvlərinin koordinasiyası ilə Albaniyaya mühacirət etdi ki, oradan İran xalqına qarşı casusluq və təxribatçı hərəkətlərini davam etdirə bilmiş olsun.
Münafiqlər hər il anti-İran simaları Tirana şəhərinə dəvət etməklə bir yığıncaq keçirirdilər ki, bu il həmin iclas təhlükəsizlik dəlillərinə görə, ləğv edildi.