İran Albaniyaya təxribat xarakterli hərəkətlərlə bağlı xəbərdarlıq edib
İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi bu təşkilatın baş katibi və Albaniyanın bu təşkilatdakı daimi nümayəndəsinə məktub yazıb və bu ölkə hökumətinin İranın Tiranadakı diplomatik və konsulluq obyektlərinə qarşı zorakı hərəkətlərini pisləyib.
SəhərAzəri-nin məlumatına əsasən, İran nümayəndəsinin bir nüsxəsi də BMT-nin baş katibi Antonio Quterreşə göndərilmiş məktubunda bildirilir ki, İran İslam Respublikası Albaniya polis qüvvələrinin 8 sentyabr 2022-ci il tarixində İranın Tirandakı diplomatik missiyasına qarşı bütün zorakı hərəkətlərini və İranın səlahiyyətli orqanlarının icazəsi olmadan İranın diplomatik obyektlərinə daxil olmasını qətiyyətlə pisləyir.
Məktubda deyilir: İran İslam Respublikası Albaniya hökumətini 1961 və 1963-cü il Vyana Konvensiyalarına və BMT Baş Assambleyasının qətnamələrinə uyğun olaraq, diplomatik və konsulluq münasibətlərini tənzimləyən beynəlxalq hüququn bütün prinsip və qaydalarına, o cümlədən toxunulmazlıq prinsipinə, xüsusilə də diplomatik və konsulluq yerlərinin mühafizəsi və təhlükəsizliyi ilə bağlı olanlara ciddi şəkildə riayət etməyə çağırır.
Məktubda, həmçinin Albaniya hökumətindən cinayətkarların məsuliyyətə cəlb edilməsi üçün qanun pozuntularının tam araşdırılması istiqamətində bütün lazımi tədbirlərin görülməsi xahiş olunub.
İranın BMT-dəki nümayəndəliyi vurğulayıb: İran İslam Respublikası Tirandakı diplomatik və konsulluq obyektlərimizə qarşı törədilən qanun pozuntuları ilə bağlı mübahisələri sülh yolu ilə həll etmək üçün başqa vasitələrdən istifadə etmək hüququnu özündə saxlayır.
Xatırlatmaq lazımdır ki, terrorçu münafiqlər qruplaşmasının İraqdan çıxarılmasından sonra bu qruplaşma ABŞ-ın göstərişi və digər NATO üzvlərinin koordinasiyası ilə Albaniyaya mühacirət etdi ki, oradan İran xalqına qarşı casusluq və təxribatçı hərəkətlərini davam etdirə bilsin.
Münafiqlər hər il anti-İran simaları Tirana şəhərinə dəvət etməklə bir yığıncaq keçirirdilər ki, bu il həmin iclas təhlükəsizlik dəlillərinə görə, ləğv edildi.