Sen 18, 2022 12:26 Asia/Baku
  • Ayətullah Rəisi
    Ayətullah Rəisi

İran prezidenti Ayətullah Seyid İbrahim Rəisi BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirakı ərəfəsində bir Amerika mediyası ilə müsahibədə bildiribdir ki, ABŞ prezidenti Co Baydenlə görüşü baş verməyəcək.

SəhərAzəri-nin məlumatına əsasən, Rəisi BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfər etməlidir.

CBS News informasiya kanalı xəbər veribdir ki, Ayətullah Rəisi bu informasiya kanalı ilə müsahibədə Co Baydenlə görüşünün baş verməyəcəyini bildirib.

Ayətullah Rəisi BMT Baş Assambleyası sessiyasının kənarında Baydenlə birbaşa görüş ehtimalı ilə bağlı suala cavabda deyib: Belə bir görüşün baş verəcəyini düşünmürəm. Nə görüşü, nə də müzakirəni faydalı görmürəm.

İran prezidenti «Sizcə, Tramp hökuməti ilə Bayden hökuməti arasında hansı fərq var?” sualının cavabında isə belə deyib: Amerikadakı yeni hökumət iddia edir ki, Trampın hökumətindən fərqlənir, amma əməldə heç bir dəyişiklik görməmişik.

Bundan əvvəl də İran prezidenti Qətərin “Əl-Cəzirə” informasiya kanalı ilə müsahibəsində nüvə razılaşmasının əldə edilməsi ilə bağlı yekun qərarın məsuliyyətinin Amerikanın üzərinə düşdüyünü bildirmiş və vurğulamışdı: Biz İranın və onun xalqının hüquqlarını qətiyyətlə müdafiə etmək əzmindəyik.

 

Teqlər