Sen 19, 2022 19:50 Asia/Baku
  • İran regional böhranların həllinin tərəfdarıdır

İran Azərbaycan Respublikası ilə Ermənistan arasında gərginliyin azaldılması və döyüşlərə son qoyulması üzrə siyasi həll yolları və yanaşmalardan istifadəyə təkid edib.

SəhərAzəri-nin məlumatına əsasən, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani-Çafi bu gün müxbirlərlə həftəlik brifinqində ötən həftənin çərşənbə axşamı günündən Azərbaycan Respublikası ilə Ermənistan arasındakı sərhədlərdə başlanan və təəssüflə tərəflərdən bir qrupunun ölməsi və yaralanması ilə nəticələnən son döyüşlər barədə deyib: İran İslam Respublikası regional böhranların həllinə konstruktiv yardım üzrə səyə dair prisipial və qonşuluq siyasətinə əsasən, mümkün olan ən qısa zamanda siyasi səylərə və hərəkətə keçdi.

Bu İran diplomatı Azərbaycan Respublikası ilə Ermənistan arasındakı sərhəd ixtilaflarının həlli üzrə siyasi danışıqlara giriş, gərginliyin azaldılması və döyüşlərə son qoyulması üçün siyasi həll yolları və yanaşmalardan istifadəyə təkid edib.

İran Xarici İşlər Nazirliyinin media diplomatiyası mərkəzinin rəhbəri Tacikistan və Qırğızıstan arasındakı döyüşlər barədə isə belə deyib: İranın qonşumehvərli siyasətində Tacikistan və Qırğızıstan xas önəmə malikdirlər və İran İslam Respublikası iki ölkə ilə yaxşı münasibətlərə malikolma, həmçinin regional və qonşuluq siyasəti əsasında iki tərəfin, gərginlikləri azaltmaq, asayiş yaratmaq və ikitərəfli danışıqlar prosesini təşviq etmək üzrə ehtiyacının elan olunacağı təqdirdə, kömək etməyə öz hazırlığını elan edib.

 

Teqlər