Sen 23, 2022 10:58 Asia/Baku
  • Rəisi: İranın siyasəti Şərq və Qərbdən asılı deyil

İran İslam Respublikasının prezidenti Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının iclasları çərçivəsində mətbuat konfransı keçirib.

 SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi Nyu-Yorkda medialarla mətbuat konfransında vurğulayıb: Nə bir gücün hökmranlığı altına gedəcəyik, nə də ki, bir ölkəni öz hökmranlığımız altına alacağıq.

O, əlavə edib: Bu gün bəşəriyyət puldan və hərbi gücdən ötrü özünü digər cəmiyyətlərə qəbul etdirmək istəyən ölkələr və imperializmdən əziyyət çəkir.

Rəisi İranın nüvə məsələsi ilə əlaqədar suala cavabda deyib: Əgər sözügedən razılaşma, qarant dosyaları həll edilmədən olarsa, davamlı olmayacaq və İran İslam Respublikası daima təhdid altında olacaq.

İran prezidenti bir Yaponiya mediasının Amerika ilə razılaşmada təzminatın alınmasının səbəbi barədəki sualının cavabında söyləyib: Amerikanın zəmanəti amerikalıların rəftarlarından olan təcrübəyə görədir. Amerikalıların rəftarları göstərir ki, onlara etibar yoxdur; razılaşma real və əminverici olmalıdır.

Rəisi İran İslam Respublikasının Fələstin məsələsi ilə bağlı mövqeyi barədəki sualı isə belə cavablandırıb: Fələstin yetmiş ildir ki, qəsbkarlar tərəfindən işğal edilib və onun sakinləri digər ölkələrə didərgin düşüblər. Onların bir qismi də Qəzzədə iri bir məhbəsdə həbsdədir. Bu vəziyyət davam edə bilməz və bu zülmə son qoyulmalıdır.

Amerikanın və qərblilərin həll yollarının Kemp-Devid və Oslo müqavilələri kimi fələstinliləri öz haqlarına çatdıra bilmədiklərini diqqətə çəkən İran prezidenti əlavə edib: İranın təklifi budur ki, Fələstin xalqı, o sıradan müsəlman, xristian və yəhudilər öz səslərini tamamilə demokratik şəkildə elan etsinlər və xalqın səsi əsasında bir hökumət təyin edilsin.

İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyü barədə verilən suala isə İran prezidenti belə cavab verib: İran İslam Respublikası xüsusən iqtisadi və ticari sahələrdə bu təşkilatın fürsət və imkanlarından istifadə edə bilər.

“Görəsən, İran İslam Respublikasının,/ on yeddi min günahsız iranlının terror edilməsilə bağlı, terrorçu münafiqlər qaragürundan şikayət planı yoxdurmu?” sualının cavabında İran prezidenti söyləyib: Bu qruplaşma o qədər cinayət törədibdir ki, Avropada bir terrorçu təşkilat kimi qara siyahıya salınıbdır. İndi nə baş veribdir ki, Amerika və Qərb ölkələri bir daha bu qruplaşma ilə həmkarlıq edir və onların bəzi ünsürlərinə öz ölkələrində yer veriblər.

Rəisi, Məhsa Əmininin ölümü və onun ətrafında İranda yaranmış məsələlər haqdakı suala cavabda isə söyləyib: Bu hadisə araşdırılmaqdadır və bu barədə yekun fikri məhkəmə rəsmisi elan edəcək. Bu xanımın vəfatı ilə bağlı iş, əgər qüsur və təqsir olarsa, mütləq araşdırılacaq.

O, İranın Ukrayna müharibəsi ilə əlaqədar mövqeyi barədə isə deyibdir ki, müharibə başa çatmalıdır, zira bütün ixtilaflar dialoqlar yolu ilə izlənilə bilər.

Rəisi Tehranın müharibə tərəfləri arasında vasitəçiliyə hazır olduğunu da bildiribdir.

Ayətullah Rəisi həmçinin bəzi region ölkələrinin sionist rejimlə olan əlaqələri və İranın bununla bağlı mövqeyi haqdakı sualın cavabında vurğulayıbdır ki, bu rejimlə hər hansı əlaqə, Fələstin xalqının kürəyinə vurulan xəncər kimidir.

Rəisi təkidlə qeyd edibdir ki, bəzi ölkələrin sionist rejimlə münasibətlərinin adiləşdirilməsi təhlükəsizlik yaratmayacaqdır.

Teqlər