Sistan və Bəlucistan Salman Korpusu: Muzdlulara qəti cavab verəcəyik
Sistan və Bəluçistan SEPAH-ının Salman diviziyası şənbə günü verdiyi bəyanatda, Zahidandakı terror əməliyyatını pisləyərək, terror aktının muzdlularına və təfriqə salanlara qətiyyətlə cavab verəcəyini bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Salman diviziyasının bəyanatında deyilir: "Zahidanın nəcib və şəhid bəsləyən xalqı Zahidanın cümə namazı bitdikdən sonra dünya imperializminə bağlı silahlı terrorçuların və Ceyş Əl-Zülm muzdlularının bir neçə polis və hərbi bazaya hücumunun acı hadisəsinin və ardınca onların şəhərin küçələrində və ictimai prospektlərində insanlara dəhşətli atəş açmasının şahidi oldular; Hansı ki, bir sıra separatçı terrorçuların öldürülməsinə, bir neçə təhlükəsizlik, hərbi və hüquq-mühafizə qüvvələrinin və bir sıra vətəndaşların yaralanmasına səbəb oldu.
"İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH və digər güclü kəşfiyyat, təhlükəsizlik və hüquq-mühafizə qüvvələri muzdluların təfriqə salma və iyrənc cinayətlərinə qətiyyətlə cavab verəcəklər", - deyə bəyanatda əlavə edilib.
Qeyd edək ki, şənbə günü səhər saatlarında İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Sistan və Bəlucistan vilayətindəki Salman diviziyasının kəşfiyyat üzrə komandir əvəzi briqada generalı Seyid Həmidrza Haşimi cinayətkar terrorçularla qarşıdurmada ağır yaralanaraq, şəhid olub.
Cümə günü səhər saatlarında Zahidanda polis bölməsinə edilən terror aktından sonra silahlı qrup Məkki məscidi yaxınlığında toplaşaraq, atış açmağa başlayıb və bu, təhlükəsizlik qüvvələrinin dərhal hadisə yerinə getməsinə səbəb olub.