Okt 08, 2022 12:20 Asia/Baku
  • İran XİN: ABŞ-ın birtərəfli sanksiyaları ilə uşaqlar belə üzləşiblər

İran XİN sözçüsü bildirib ki, ABŞ-ın birtərəfli sanksiyaları ilə uşaqlar belə üzləşiblər.

SəhərAzəri-nin məlumatına əsasən, Nasir Kənani deyib: "Sanksiyalar Amerika insan haqlarının əsas dayağıdır. Hər gün İrana qarşı yeni sanksiyalar siyahısı dərc olunur. Bu dəfə daxili işlər naziri, rabitə naziri və daha 5 İran rəsmisi ABŞ hökuməti tərəfindən sanksiyaya məruz qalıb. Bütün İran xalqı uzun illərdir ki, heç bir ayrı-seçkilik olmadan dolanışığını, işini, sağlamlığını və normal həyatını hədəf alan ABŞ-ın amansız sanksiyaları ilə mübarizə aparır".

O bildirib ki, ABŞ-ın birtərəfli, qeyri-qanuni və qəddar sanksiyaları ilə hətta uşaqlar belə üzləşiblər.

Teqlər