Okt 09, 2022 21:34 Asia/Baku
  • İranla Mərkəzi Asiya ölkələri arasında tranzit bəyannaməsi imzalanıb

İranın Mərkəzi Asiya ölkələrilə tranzit əməkdaşlığı üzrə ilk iclasının bəyanatının mətni tranziti genişləndirmək məqsədilə iştirakçı ölkələr tərəfindən imzalanıb.

SəhərAzəri-nin məlumatına əsasən, Bu gün İranın/ Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Rusiya Federasiyası və Azərbaycan Respublikası da daxil olmaqla Mərkəzi Asiya ölkələrilə əməkdaşlıq bəyannaməsi qeyd olunan ölkələrin nümayəndələri tərəfindən imzalanıb.

İranın yol və şəhərsalma naziri Rüstəm Qasimi sənədin imzalanmasından sonra deyib: Bu iclas İran İslam Respublikasının təşəbbüsü ilə keçirildi. Regiondakı şəraitə əsasən, tranzit məsələsi olduqca təyinedici olub və iştirakçı ölkələrin nazir və nümayəndələri yaxşı qərarlara gəliblər.

Qasimi qeyd edib ki, iclas altı aydan bir, keçiriləcək.

İranın yol və şəhərsalma nazirinin sözlərinə görə, iclasın iştirakçısı olan ölkələr tranzit bölməsinin genişləndirilməsi, tranzit tariflərinin eyniləşdirilməsi və tranzit sürücüləri üçün birillik vizanın açılmasını sözügedən bəyanatın bir hissəsi kimi vurğulayıb, anlaşmaya çatıblar.

 

Teqlər