Okt 10, 2022 12:29 Asia/Baku
  • İranın Londondakı müvəqqəti işlər vəkili: Səfirlikdə vəziyyət sakitdir

İran səfirliyinin müvəqqəti işlər vəkili bildirib ki, iğtişaşçıların Britaniya polisinin səhlənkarlığı nəticəsində Londondakı İran səfirliyinə hücumundan sonra səfirlikdə və onun ətrafında vəziyyət sakitdir.

SəhərAzəri-nin məlumatına əsasən, Bazar günü axşam saatlarında Bir sıra anti-inqilabçı ünsürlər son bir neçə həftədə şahidi olduğumuz vəhşiliklərin davamında İranın Londondakı səfirliyinin binasına dırmaşaraq, İslam Respublikasının bayrağına hörmətsizlik etmiş, səfirliyin pankartı və şüşəsinə də ziyan vurmuşlar. 

London polisi elan edib: "Oktyabrın 9-u bazar günü axşam saat 18:30 radələrində bir qrup İran səfirliyinə yaxınlaşıb. İki nəfər ön qapının üstündəki eyvana çıxıb, bayrağı götürüb və alternativ bayraq quraşdırıblar. Bu zaman başqaları binanın fasadını dağıtmağa çalışırdılar".

London polisinin bildirdiyinə görə, səfirlik binasına ziyan vurduqlarına görə beş kişi, zorakı iğtişaşlar törətmək və polisə hücum etmək ittihamı ilə üç kişi və bir qadın həbs edilib.

İran səfirliyinin müvəqqəti işlər vəkili Mehdi Hüseyni Mətin İRNA xəbər agentliyinə verdiyi müsahibədə, deyib: "İran İslam Respublikasının bayrağı yenidən öz yerində quraşdırılıb".

Maraqlıdır ki, antiinqilabçı ünsürlərin iki həftə əvvəl İran səfirliyinin binasına hücumu və bunun nəticəsində bir sıra iğtişaşçıların həbsindən sonra səfirlik rəsmiləri bir neçə dəfə ev sahibi ölkənin təhlükəsizlik tədbirlərinin və vəzifələrinin Vyana Konvensiyası çərçivəsində, artırılmasının zəruriliyi barədə xəbərdarlıq ediblər. Lakin Britaniya səlahiyyətliləri bu mövzuda hələ də səhlənkarlıq edirlər.

Teqlər