Almaniyanın Tehrandakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib
Bir qrup İran xalqı, şəhid ailələri və kimyəvi silahla yaralanmış müharibə qaziləri Almaniya hökumətinin İrandakı son iğtişaşlarda qərəzli çıxışına etiraz olaraq, bu ölkənin Tehrandakı səfirliyi qarşısında toplaşıb.
SəhərAzəri-nin məlumatına əsasən, Etirazçılar, o cümlədən İraqın 1980-ci illərdə İrana qarşı tətbiq etdiyi 8 illik müharibənin qaziləri və veteranları əllərində İran bayrağı, İran İslam İnqilabının Aliməqamlı Rəhbərinin, Şəhid Hacı Qasim Süleymani və digər şəhidlərin şəkillərini tutaraq, Almaniya hökumətinin əleyhinə şüarlar səsləndiriblər.
Nümayişçilər həmçinin Almaniya kansleri və xarici işlər nazirinə İranın daxili işlərinə qarışdığına və ölkədəki iğtişaşlara dəstək verdiyinə görə qəzəblərini dilə gətiriblər.
Aksiyanın sonunda iştirakçılar Şirazın müqəddəs Şahçırağ ziyarətgahında cinayət və terror aktı törədənlərin əməllərini pisləyən qətnamə qəbul ediblər.
Oktyabrın 26-da İŞİD-in İranın cənubunda yerləşən Şiraz şəhərində Həzrət Əhməd bin Musanın (ə) müqəddəs hərəmi Şahçırağda törətdiyi terror aktında ikisi uşaq olmaqla 13 nəfər şəhid olub, 30 zəvvar yaralanıb.
Qeyd edək ki, İrandakı son iğtişaşlara Qərb rəsmilərinin dəstəyinin davamında Almaniyanın xarici işlər naziri Annalena Berbok bir sıra tvitdə İrana qarşı əsassız iddialar irəli sürərək, İranla ikitərəfli münasibətlər "adi iş" ola bilməz.
Almaniyanın xarici işlər naziri Annalena Berbok çərşənbə günü verdiyi açıqlamada, Almaniyanın ölkədəki insan haqlarının vəziyyətinə cavab olaraq, Avropa İttifaqının artıq elan olunmuş sanksiya paketindən kənarda İrana giriş məhdudiyyətlərini sərtləşdirdiyini söyləyib.