Noy 05, 2022 21:10 Asia/Baku

"Qaem-100" bərk yanacaqlı suborbital peyk daşıyıcısı uğurla kosmosa buraxılıb.

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı briqada generalı Əmir Əli Hacızadə və ölkənin silahlı qüvvələrinin bir qrup rəsmisinin iştirakı ilə "Qaem-100" peyk daşıyıcısı uğurla sınaqdan keçirilib. 

"Qaem-100" üç mərhələli bərk yanacaqlı peyk daşıyıcısıdır ki, 80 kiloqram ağırlığında olan peykləri yer səthindən 500 kilometr uzaqlıqdakı orbitə yerləşdirməyə qadirdir.

Briqada generalı Əmir Əli Hacızadə sınaq buraxılışı mərasimində deyib: "Amerikanın şər və terrorçu rejiminin başçılıq etdiyi təkəbbürlü ölkələr bütün varlıqlarını və imkanlarını səfərbər edərək, İran xalqının tərəqqisinə qarşı sıraya düzülüblər və İran İslam Respublikasının qürurverici uğurlarına dözə bilmirlər".

Briqada generalı Əmir Əli Hacızadə, həmçinin bildirib ki, yaxın gələcəkdə “Nahid” peyki “Qaem-100” bərk yanacaqlı daşıyıcısı vasitəsilə orbitə çıxarılacaq.

Teqlər