Məşhəd və Təbrizdə uğurlu əməliyyat aparılıb
İran kəşfiyyatı terrorçuları ələ keçirdi
İranın Məşhəd və Təbriz şəhərlərində təhlükəsizlik işçilərini qətlə yetirənlər tutulub.
SəhərAzəri-nin məlumatına əsasən, Təbriz və Məşhəddə “Bəsic” qüvvələrindən üçünü qətlə yetirənlər nəzarət altına alınıb.
Bununla əlaqədar Məşhəd şəhərinin Polis İdarəsi iki gün öncə şəhərdə iki “Bəsic” üzvünü bıçaqlayaraq öldürənlərin ələ keçirildiyini açıqlayıb.
Əlavə edilib ki, bu şəxs ölkənin qərbində qaçarkən tutulub.
Həmçinin bildirilir ki, bir neçə həftə öncə Təbrizdə Hüseyn Ocaği adlı “Bəsic” üzvünü qətlə yetirən şəxs də ələ keçirilib.
Qeyd edək ki, İranın Xuzaetan əyalətinin valisi İzə şəhərində polis və əhaliyə atəş açan və onlardan yeddisinin ölümünə səbəb olan silahlılardan bir neçəsi İranın Türkiyə ilə sərhədində yerləşən Maku şəhəri ərazisində tutulub.