Dek 05, 2022 14:45 Asia/Baku
  • Əmir-Abdullahiyan: Danışıq masasında böyük imtiyaz almaq istəyir

ABŞ-ın iğtişaşları dəstəkləməkdən əsas məqsədlərindən biri nüvə sazişi ilə bağlı danışıqlar masasında böyük imtiyazlar almaqdır.

SəhərAzəri-nin məlumatına əsasən, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan serbiyalı həmkarı ilə birgə mətbuat konfransında deyib.

O, Serbiyaya baş tutan bu səfəri zamanı yerli jurnalistlərin suallarını cavablandıraraq, İranda son üç ayda baş verən etiraz və iğtişaşlara münasibət bildirib.

Əmir-Abdullahiyan iğtişaşlarda ABŞ-ın roluna işarə edib və vurğulayıb: “ABŞ və bir sıra Qərb ölkələri İranda xaos yaratmaq istəyirdilər və ABŞ-ın məqsədlərindən biri də İranı danışıqlarda böyük güzəştlərə məcbur etmək idi”.

Onun sözlərinə görə, İrandakı iğtişaşlar sui-istifadə, xarici müdaxilələr və mürəkkəb müharibə ilə müşayiət olundu və İran xalqı bu müharibədən qürurla çıxdı.

 

 

Teqlər