Sanksiyalar öz təsirini itirir
İran neft hasilatını artırıb
Dek 22, 2022 17:11 Asia/Baku
İran İslam Respublikası gündə 3 mln. barrel neft hasil etməyə başlayıb.
SəhərAzəri-nin məlumatına əsasən, bu barədə İranın neft naziri Cavad Ovci bildirib.
Qeyd olunur ki, əvvəllər respublikada gündəlik neft hasilatı 1-2 mln. barrel neft arasında dəyişirdi.
Nazir vurğulayıb ki, İran gündə 3 mln. barrel neft hasil etməyə başlayıb. Həmçinin tətbiq edilən yeniliklər sayəsində yüngül neft fraksiyalarının gündəlik hasilatı 200 min barrel artıb.