Suyun hədər getməsinin qarşısını almağa təkid
İran energetika naziri şəhər su idarəçiliyi üzrə regional mərkəzin üzvlərinin su mənbələrinin idarəçiliyi və suyun hədər getməsinin qarşısını almaq istiqamətində modern texnologiyalardan bəhrələnmək üzrə təkidlərindən xəbər verib.
YUNESKO-nun çətiri altında fəaliyyət göstərən şəhər su idarəçiliyi üzrə regional mərkəzin direktorlar şurasının 13-cü iclası İran energetika nazirinin sədrliyi atlında Tehranda keçirilib. İclasda səkkiz üzv təşkilat, eləcə də on beş ölkənin nümayəndələri, nazirləri və nazir müavinləri iştirak ediblər. Sözügedən mərkəz Şimali Afrika, Mərkəzi, Cənubi və Qərbi Asiyada fəaliyyət sahəsi ilə/ regionun su problemləri ilə məşğul olan yeganə beynəlxalq orqandır.
Bu istiqamətdə İranın energetika naziri Əli-Əkbər Mehrabiyan dünən sözügedən iclasın kənarında, energetika nazirliyinin qərargahında müxbirlər qarşısına çıxıb.
Bu şura başlıca olaraq Şimali Afrika, Mərkəzi, Cənubi və Qərbi Asiyada fəaliyyət göstərən/ su sahəsində beynəlxalq və regional əməkdaşlıqların ən yüksək inkişaf mərkəzidir- deyə, nazir bildirib.
Mehrabiyan əlavə edib: İclasın ən mühüm cəhətlərindən biri, üzv ölkələrin region ölkələrinin birlik yaradan mehvəri kimi iqtisadi və ictimai inkişaf istiqamətində suya diqqət və bölgədə iqlim dəyişikliklərinin nəticələrinin idarə olunması üzrə həmkarlıq zərurəti idi. Eləcə də kimyəvi çirkləndiricilər qarşısında kənd və şəhərlərdə içməli suyun keyfiyyətinin artırılması üzrə təcrübə mübadiləsi və anlaşma da nəzərdə tutulurdu.
EKO iqtisadi əməkdaşlıqlar təşkilatının baş katibi də suyun stabil idarəçiliyini mövcud su mənbələri üçün zəruri bir məsələ adlandırıb.
Xosrov Naziri şəhər su idarəçiliyi üzrə regional mərkəzin direktorlar şurasının 13-cü iclasında deyib: 2025-ci ilədək BMT-nin su sahəsindəki inkişaf hədəfləri çərçivəsində çalışacağıq. Ölkələrin öz region ortaqları ilə əməkdaşlıq etmələri zəruridir.
Biz su mənbələrinin vahid sisteminə inanırıq- deyən Naziri bildirib ki, su, daim məişət və həyat üçün ölkələrin ən mühüm ehtiyacıdır.
EKO-nun baş katibi şəhər su idarəçiliyi üzrə regional mərkəzi İran və YUNESKO-nun təşəbbüslərinin dönüş nöqtəsi adlandırıb. Vurğulayıb ki, su ehtiyatlarından insanların daha çox rifahı və dinc yaşamaları üçün istifadə etməliyik.