Fev 25, 2023 15:38 Asia/Baku
  • “Pave” raketi
    “Pave” raketi

İnqilab Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandiri, briqada generalı Əmir Əli Hacızadə çıxışında deyib: “Amerikanın maraqları Qərbi Asiyada və hətta dünyada sabitliyi pozmaqdır.


SəhərAzəri-nin məlumatına əsasən, General Əmir Əli Hacızadə Şaban ayının üçü, “Pasdar günü” münasibətilə verdiyi müsahibədə deyib: “Amerikanın maraqları Qərbi Asiyanı və hətta dünyanı əmniyyətsiz hala salmaqdır. İran-İraq müharibəsi, Əfqanıstana hücum, İraqda iki müharibə, Səudiyyənin Yəmənə hücumu, İŞİD-lə müharibə və sionist rejimlə aparılan döyüşlər bu münaqişələr sırasındadır. Hacızadə vurğulayıb ki, biz güclü olmasaq, bu münaqişələr İranın daxilinə də çəkilə bilər.

O, Hərbi Hava Qüvvələrinin öncələr amerikalıların döyüş təxhizatı və imkanlarını zərərsizləşdirməyə işarə edərək bildirib ki: bir zamanlar Amerikanın bölgədəki bazaları onların əsas güc mənbəyi sayılırdı, lakin bu gün biz onları istədiyimiz vaxt vura bilərik.

Sərdar Hacızadə öz çıxışında dünyanın ən böyük hərbi-hava qüvvələrinin ABŞ Hərbi Dəniz Qüvvələrinə aid olduğunu dedikdən sonra vurğulayıb ki: keçmişdə belə deyilirdi ki, bu donanma hansısa ölkəyə doğru hərəkət edərsə, o ölkənin hakimiyyəti məhv olacaq. Amma indi Allahın lütfü ilə iki min kilometr uzaqlıqdakı Amerika gəmilərini vura bilirik.

İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandiri hipersonik raketi haqqında danışaraq vurğulayıb ki: Müdafiə sistemləri raketlərin gələcək trayektoriyasının təyinatı əsasında işləyir və onlar bu raketin gələcək trayektoriyasını tapa bilmirlər.

Sonra o çıxışında bildirib ki: on illər lazımdır ki, bu raketin qarşısında dayana biləcək müdafiə sistemi yaradılsın.

Sərdar Hacızadə Qəzza pilotsuz təyyarəsi haqqında da danışaraq bildirib ki: Bu pilotsuz təyyarə çox yüksək uçuş davamlılığına malikdir və eyni anda 9 bomba daşıya bilir.

İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı bu qüvvələrin “kruz raketlər sahəsində son nailiyyətləri barədə deyib: hədəfə alma məsafəsi 1650 km-lik uzaqmənzilli “Pave” adlı kruz raketi Kürdüstan şəhidlərinin xatirəsinin yadı ilə İran İslam Respublikasının raket arsenalına daxil edilib. "

 

 

Teqlər