İran Ordusunun baş komandanı Təbrizdən Azərbaycan Respublikasına mühüm mesaj verdi
İran və Azərbaycan arasında münasibətlər qardaşlıq və mehriban qonşuluq üzərində qurulub
İran İslam Respublikası Ordusunun baş komandanı Təbrizdən Azərbaycan Respublikasına mühüm mesaj verib.
SəhərAzəri-nin məlumatına əsasən, Əmir general-leytenant Əbdürrəhim Musəvi Təbrizdə Qüds günü yürüşçülərinin toplantısında Azərbaycan Respublikası ilə sionist rejim arasında yeni əlaqələrə toxunaraq, Azərbaycan Respublikasına xitabən deyib: “Sionist rejimin dünyanın ən mənfur rejim olaraq onun region coğrafiyasına daxil olması gərginliyə və təhlükəyə səbəb olacaq. Və bunun təsirini bütün məlumatlı müşahidəçilər görürlər. Biz inanırıq ki, sabitlik, təhlükəsizlik və sülh öz xalqına və ölkələrin hüquqlarına hörmətə əsaslanan xarici əlaqələrə arxalanmaqla əldə edilir. İran İslam Respublikası qonşuları, o cümlədən dost, qardaş və şiə ölkəsi Azərbaycanla konstruktiv əlaqələrini İslam Respublikası və region üçün təhlükəsizlik və sabitlik amili hesab edir.”
General sonra əlavə edib ki, heç bir torpağın işğalı İslam Respublikası tərəfindən təsdiqlənməyib və bundan sonra da təsdiqlənməyəcək.
Onun sözlərinə görə, geosiyasi məsələlərə diqqət və coğrafi sərhədlərə hörmət və mehriban qonşuluq İslam Respublikası tərəfindən dəstəklənir.
İran İslam Respublikası Ordusunun baş komandanı sonda vurğulayıb ki, İran hökuməti və xalqı, o cümlədən Azərbaycanın qeyrətli və şəhidsevər əhalisi işğal olunmuş ərazilərin azad edilməsini həmişə ümidverici faktor, eləcə də regionda siyasi və hərbi sabitliyi artıran və gərginliyi azaldan olay hesab edibdir.