Apr 14, 2023 17:20 Asia/Baku
  • Əli Əkbər Vilayəti: Mən də azəriyəm

İslam İnqilabının Aliməqamlı Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri doktor Əli Əkbər Vilayəti “Mən də azəriyəm” adlı müfəssəl məqalədə Azərbaycanın İranın mədəni, siyasi və sosial tarixində milli, vətənpərvərlik köklərini və böyük mövqeyini təhlil edib

SəhərAzəri-nin məlumatına əsasən, Vilayəti yazır: “Bu gün İranın nüfuzlu qövmlərindən biri “Azəri” qövmüdür, onun məskəni və tarixi vətəni “Azərbaycan” diyarıdır ki, bir-neçə hissədən təşkil olunub və dünyanın bugünkü siyasi coğrafiyasında qədim diyarın yalnız bir hissəsi İran sərhədləri daxilindədir, digər hissələri isə İranın qardaşı və qonşu ölkələrdə yerləşir.

İranlıların nəzərində Azərbaycan Respublikasının İran İslam Respublikası ilə tarixi, mədəni və dini əlaqələri var. Azərbaycanın öz siyasi sərhədləri var və İran İslam Respublikası praktiki olaraq bu ölkənin və digər müstəqil dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşdığını nümayiş etdirmişdir. Azərbaycan Respublikasının bu danılmaz və möhtərəm müstəqilliyi ilə yanaşı, İran İslam Respublikası və Azərbaycan Respublikası xalqları öz mədəniyyətlərini və ictimai-siyasi baxışlarını müdafiə edir və eyni zamanda, dövlətin müstəqilliyinin möhkəmləndirilməsi və iki ölkı arasındakı ortaqlıqların möhkəmləndirilməsi üçün fəsahətli səylər göstərirlər. Bu baxımdan İran və Azərbaycan Respublikasındakı tarixi, mədəni və dini sərvətlər iki ölkənin “ortaq mədəni irsi” və potensial dəyərli və əvəzolunmaz ortaqlıqlatıdır. Nümunə kimi mühüm bir məqamı qeyd edə bilərik ki, Azərbaycan Respublikasının qeydə alınmış bütün mədəni irsləri İranla ortaq tarixi keçmişə aid olmaqla yanaşı, bu gün İran Azərbaycanında və hətta İranın başqa yerlərində mövcuddur, gündəlik həyatda və insanların mədəniyyətində istifadə olunur və hörmət edilir.

Məhz qonşu ölkənin, Azərbaycanın yazılı irsinin nümunəsini araşdırmaqla İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı asılılığın və dərin mədəni-sivilizasiya əlaqələrinin dərinliyi aydın görünür.

Bu kontekstdə mən qəti inanıram ki, İran İslam Respublikası təkcə öz mənafeyini və təhlükəsizliyini müdafiə etməyəcək, həm də regionda qonşu ölkələrin mənafeyini və təhlükəsizliyini müdafiə edəcək və bunu özünün regional vəzifə və öhdəliklərindən biri hesab edir.

İran regionun təhlükəsizliyini pozan hər bir işin qarşısını alacaq və biz açıq şəkildə bildiririk ki, sionist rejim kimi saxta kimliyə və Amerika Birləşmiş Ştatları kimi ekspansionist xarakterə malik bəzi ölkələr İran İslam Respublikası və onun qonşuları arasında problem yaratmaq istəyirlər, lakin strateji prinsip olaraq İran İslam Respublikası öz təhlükəsizliyinin müdafiəçisi və regionun təhlükəsizliyinin qoruyucusu olaraq qalacaqdır.

Azərbaycan xalqı imanlı və zəhmətkeş xalqdır və Allahın köməyi ilə ölkəsini irəli aparıb və əmindir ki, İran İslam Respublikası Azərbaycan Respublikasının hüquqlarını qorumaqda onun müdafiəçisidir. Bu, başqalarının hüquqlarını pozmaq demək deyil; Əksinə, əminik ki, Cənubi Qafqazın əsas tərəfləri sülh və əmin-amanlıq yaratmaq üçün öz vəzifələrini yerinə yetirməsələr, bəziləri lil sudan istədikləri balığı tutmaq üçün suları bulandırmağa çalışacaqlar.

 

Teqlər