Azərbaycan və İran XİN rəhbərləri telefonla danışıb
Nazirlər mövcud vəziyyəti müzakirə ediblər
Apr 15, 2023 17:12 Asia/Baku
Ceyhun Bayramov və Hüseyn Əmir-Abdullahiayn arasında telefon danışığı baş tutub.
SəhərAzəri-nin məlumatına əsasən, Danışıq zamanı, nazirlər Azərbaycan və İran arasında ikitərəfli münasibətlərdə mövcud vəziyyəti müzakirə ediblər.
Tərəflər danışıqların davam etdirilməsi və zərurət olacağı təqdirdə ikitərəfli səfərlərin həyata keçirilməsinin mümkün olduğunu bildiriblər.
Nazirlər eyni zamanda, regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.