Nasir Kənani: Beynəlxalq ictimaiyyətin susması sionist rejimini daha da arxayınlaşdıracaq
-
Nasir Kənani: Beynəlxalq ictimaiyyətin susması sionist rejimini daha da arxayınlaşdıracaq
İran Xarici İşlər Nazirliyinin sözçüsü sionist rejim zindanlarında əsir götürülən fələstinli lider və mübarizlərindən sayılan Şeyx Xızr Adnanın məzlum şəhadətinə cavab olaraq bildirib ki "Beynəlxalq ictimaiyyətin susması sionist aparteid rejimin özünə daha da arxayınlaşdırır"
Verilən xəbərə əsasən Nasir Kənani bildirib ki, bu mübarizin zindanda şəhadəti Fələstin xalqının müqavimətinin haqq və zülmünü hər zamankindən daha aydın şəkildə təsəccüm etdirir..
Daha sonra Kənani sözünə davam edərək, nəzərə çatdırıb ki, "Sionist rejimin Fələstin vətəndaşını saxlaması və onunla qeyri-insani rəftar etməsi sionist rejimin son 7 onillikdə Fələstin xalqı və mübarizlərinə qarşı mütəşəkkil və geniş yayılmış bir şəkildə istifadə etdiyi qeyri-insani davranış və zorakılığın bariz nümunəsidir. Bu, insanlığa qarşı cinayətin əsl mahiyyətini əks etdirir."
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi bu şəhidin ailəsinə, xalqa və müqavimət qruplarına, xüsusilə Fələstin İslami Cihad hərəkatına başsağlığını çatdırıb.