May 04, 2023 16:31 Asia/Baku
  • Qüdsün azadlığı İslam dünyasının bugünkü aktual məsələsidir

İran prezidenti Suriyaya ikingünlük rəsmi səfər proqramının davamında bu gün səhər fələstinli mütəfəkkirlər və islami müqavimət liderləri və komandirlərindən bir qrupu ilə ayrı-ayrı görüşlərdə vurğulayıb ki, Fələstin məsələsi və Qüdsün azadlığı, İslam dünyasının unudulmamalı olan bugünkü aktual məsələsidir.

  SəhərAzəri-nin məlumatına görə, Seyid İbrahim Rəisi əlavə edib: İran İslam Respublikası öz xarici siyasətində Fələstin məsələsini daima prioritet kimi izləyir. Bu qənaətdəyik ki, İslam dünyasının bütün tənlikləri bu məsələnin altında tərif edilir.

  Düşmən var gücü ilə fələstinlilərin hüquqları ilə mübarizə etmək üçün meydana gəlib- deyən Rəisi qeyd edib ki: Müsəlmanlar da Qüdsi-Şərifin azadlığı və Fələstinin pozulmuş hüquqlarının reallaşması üçün özlərinin bütün imkanlarını işə salmalıdırlar.

  Hegemonçuluq sisteminin sionist rejimin yaşaması üçün apardığı psixoloji müharibəyə toxunan Rəisi deyib ki: Düşmənlər hibrid müharibəsi salmaqla fələstinlilərə: “Sizin taleyiniz və həyatınız, sionist rejimin mövcudluğundan asılıdır və bu rejimin həyatı tərəddüdedilməz olub, müsəlmanlar tərəfindən qəbul edilməlidir” fikrini təlqin etmək istəyirlər

  İran prezidenti Kemp-Devid, Şərmülşeyx və Oslo kimi müqavilələrin bağlanması, həmçinin islami ölkələrlə münasibətlərin adiləşdirilməsi üçün irəli sürülmüş təklifləri sionist rejimin yaşaması istiqamətində adlandırıb və belə əlavə edib: Onlar bəzi dövlətləri sionistlərlə əlaqələri bərpa etməyə məcbur ediblər, amma əməldə baş verən məsələ, bu rejimin əhd-peymanı pozması, fələstinlilərin hüquqlarına qarşı təcavüz, qətl və qarətin davam etməsi olub.

  Sionist rejimin Məscidüləqsaya basqın və oruc namazqılanlar və itikaf edənləri qırğın etmək üzrə cinayətinə işarə edən Ayətullah Rəisi sözlərinə belə davam edib: İş o yerə çatdı ki, əlaqələrin adiləşdirilməsinin tərəfdarları öz xalqlarının sual və etirazları ilə üzləşdilər və başa düşdülər ki, bu rejim qarşısında dayanmaq və müqavimətdən başqa bir yol yoxdur.

  Bu gün sübut olubdur ki, müqavimət, İsrail rejimi ilə yeganə mübarizə/ və İslam dünyasının irəliləyişi yoludur- deyən İran prezidenti İslam dünyasında sionist rejim və Amerika heybətinin sınmasına işarə edib və bildirib ki: Bu gün hər zamandakından daha çox, fələstinlərin öz müqəddəratlarına hakimiyyətləri, Qüdsi-Şərifin azad edilməsi və sionist rejimin məğlubiyyətinin sürətləndirilməsi üçün İslam dünyasının, regionun və müqavimət qüvvələrinin birliyi zəruridir.

  Bu gün təşəbbüs, müzakirə masaları arxasında deyil, fələstinli mübarizlər və döyüşçülərin əlləri ilə meydandadır- deyə, Rəisi vurğulayıb. O, qeyd edib ki: Tənəzzul etməsinin əlamətləri görünməkdə olan sionist rejimin dağılmasını çox yaxında bilir və görürük.

  İran prezidenti elə bu əsasda xatırladıb ki: Fələstinin yeganə yolu, fələstinlilərin iradəsi əsasında dövlət hakimiyyətidir və əgər qərblillər demokratiya iddiasındadırlarsa, onda, Fələstin xalqının səsinə müraciəti qəbul etsin və onun nəticəsinə sadiq olsunlar.

  Ayətullah Rəisi sonda Suriyanın xalqı və hökumətinə, müqavimət rəhbərlərinə, Qərb sahili və Qəzzədəki Fələstin xalqına, Livan Hizbullahına və Seyid Həsən Nəsrullaha sionist rejim qarşısında dayandıqları və İslam dünyasında ümid yaratdıqlarına görə, minnətdarlıq ifadə edib.

  İnşaallah, tezliklə Qüdsün azad olunması və bu şərəfli məkanda namazın qılınmasının şahidi olacağıq- deyə, Rəisi vurğulayıb.

  İran prezidentinin çıxışından öncə Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Nəxalə, həmçinin Həmas hərəkatı və “Şərqi Cəbhə” siyasi cərəyanının  məsul şəxsləri öz baxış və nəzərlərini bəyan ediblər.

  Ayətullah Rəisinin Suriyaya səfərinin önəmi, həmçinin onun müqavimətə dəstək, sionistlərə isə güc mesajları, eləcə də İranın müqaviməti hərtərəfli şəkildə himayə etməsi, region və dünya şəraitinin müqavimət cərəyanı və Fələstininin xeyrinə dəyişməsi və sionist rejimlə mübarizə üçün İslam dünyasının vəhdətinə təkid, sözügedən yığıncaqda işarə olunan istiqamətlərdən olubdur.

 

Teqlər