Sepah rəsmisi amerikanların Fars Körfəzində gərginlik yaratmaları haqda xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/İran-i399712-sepah_rəsmisi_amerikanların_fars_körfəzində_gərginlik_yaratmaları_haqda_xəbərdarlıq_edib
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandan əvəzi xəbərdarlıqla bildiribdir ki, əgər amerikalılar Fars Körfəzində İran gəmilərinə əyri baxarlarsa, bu, onlara baha başa gələcək.
(last modified 2024-06-07T05:07:56+00:00 )
May 07, 2023 14:23 Asia/Baku
  • Sepah rəsmisi amerikanların Fars Körfəzində gərginlik yaratmaları haqda xəbərdarlıq edib

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandan əvəzi xəbərdarlıqla bildiribdir ki, əgər amerikalılar Fars Körfəzində İran gəmilərinə əyri baxarlarsa, bu, onlara baha başa gələcək.

Kontr-admiral pasdar Əli Fədəvi deyib: Əgər böyük şeytan və onu müşayiət edən bütün xəbislər bir İran gəmisinə əyri baxarlarsa, onların bütün imkanları və gəmilərini elə sıxışdırarıq ki, dəfələrlə baş verdiyi kimi, bacara bilmədiklərini etiraf etmiş olarlar.

İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandan əvəzi həmçinin deyib: İrana qarşı iqtisadi və mədəni müharibələrin törədilməsində məsuliyyət daşıyan Amerikanın xəzinədarlıq naziri bildiribdir ki, ötən qırx dörd il ərzində hər nə etsələr də bir uğur qazanmayıblar.

Son günlər yayılan bir video göstərir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz qüvvələrinin xəbərdarlığı ilə Amerika hərbi gəmisi dərhal İranın Fars Körfəzindəki ərazi sularından uzaqlaşır və Sepah-ın şücaətli qüvvələrinin təkidi ilə amerikan gəminin ekipaj üzvləri fars dilində söhbət edirlər.