May 10, 2023 21:29 Asia/Baku
  • “İran və Oman arasında birgə ənəkdaşlıq regionun təhlükəsizliyini yaxşılaşdıra bilər”

Silahlı Qüvvələrin Baş Qərargah rəisi bildirib ki, “İran və Oman arasında birgə tədbirlər təhlükəsizliyi daha da gücləndirməklə kənar güclərə regionda ehtiyacın olmamasına sübut ola bilər .

SəhərAzəri-nin məlumatına görə, Cənab General-mayor Baqiri Oman Sultanı ilə görüşdə həmçinin vurğulayıb ki, İran və Oman arasında birgə tədbirlər regionun təhlükəsizliyini daha da yaxşılaşdıra bilər.

Qeyd edək ki, yüksək səviyyəli hərbi heyətin başçılığı ilə Omana səfər edən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Baqiri Oman sultanı Heysəm bin Tariq bin Taymur Əl Səidlə görüşüb və bir çox mövzular haqda müzakirələr edib.

General-mayor Baqiri bu görüşdə ilk öncə dost və qardaş Oman ölkəsinə səfərindən məmnunluğunu ifadə edərək, iki ölkə arasındakı münasibətləri dayanıqlı və müsbət hesab edərək deyib ki, “ İran İslam İnqilabının Müəzzəm Rəhbəri Omanı İranın yaxşı qonşusu hesab edir”

General Baqiri eləcə də vurğulayıb ki, İran və Omanın birgə addımları region üçün daha yaxşı təhlükəsizlik yaratmaqla kənar güclərin bölgədə olmasına ehtiyac olmadığını sübut edə bilər.

Bu görüşün davamında Heysəm Bin Tariq Bin Taymur Əl Səid də general-mayor Baqiri ilə görüşündə deyib ki, İranın rəhbəri və prezidentinə səmimi salamlarımı çatdırın və Allahın izni ilə, yaxın gələcəkdə İrana səfər edəcəm.”

Oman Sultanı daha sonra iki ölkə arasında hərbi və müdafiə sənayesi əməkdaşlığının inkişaf etdirilməsinin zəruriliyini vurğulayaraq bildirib ki, “ İki silahlı qüvvələr arasında müxtəlif müdafiə və hərbi sahələrdə əməkdaşlıq səviyyəsi daha da yüksəldilməlidir.”

Heysəm bin Tariq bin Taymur Əl Səid çıxışında həmçinin, Oman Hərbi Dəniz Qüvvələrinin İrandakı beynəlxalq təlimlərdə iştirakı məsələsinə toxunaraq vurğulayıb ki, “Hörmüz boğazı və Oman dənizinin təhlükəsizliyini ancaq region ölkələri təmin edə bilər”

 

Teqlər