May 12, 2023 18:40 Asia/Baku
  • İranda həbs olunmuş iki Fransa vətəndaşı azad edilib

İranda həbs olunmuş iki Fransa vətəndaşı sərbəst buraxılıb.

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib ki, Fransanın müxtəlif səviyyələrdəki xahişlərinə cavab olaraq və iki ölkənin xarici işlər nazirləri arasında aparılan müzakirələr və telefon danışğından sonra İran məhkəmə hakimiyyəti xoşməramlılıqla, həmçinin humanitar bir addımda və əlaqədar qayda-qanunlara uyğun olaraq, iki Fransa vətəndaşını sərbəst buraxıb. Onlardan biri İrlandiya vətəndaşlığına da malik olubdur.

Bu gün Fransa xarici işlər naziri Katrin Kolonna iranlı həmkarı Hüseyn Əmir-Abdullahiyanla telefon söhbətində İranda həbs olunmuş iki Fransa vətəndaşının sərbəst buraxılması istiqamətində atdığı humanist addıma görə İran İslam Respublikasına təşəkkür edib və bu addımı etimad yaradan təsirli bir addım adlandırıbdır.

Teqlər