Rusiya ordusu dəniz qoşunlarının komandanı kontr-admiral İrani ilə görüşüb
Rusiya ordusu dəniz qoşunlarının komandanı İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının Qərargahında olub
SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının komandanı kontr-admiral Şəhram İrani dünən Rusiya ordusu dəniz qoşunlarının komandanı admiral Nikolay Evmenovu səmimi şəkildə qarşılayıb. Kontr-admiral İrani Rusiya dəniz qüvvələrinin dünya orduları yarışları, həmçinin İran-Çin-Rusiya birgə hərbi təlimlərinin icrasındakı həmkarlıqlarını yüksək dəyərləndirib.
İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının komandanı əlavə edib: Rusiya dəniz qüvvələri donanmasının üç İran-Çin-Rusiya birgə hərbi təlimlərində iştirakı olduqca dəyərli olub. Xüsusən son hərbi təlimlərdəki iştirakı ortaq düşmənimiz üçün mühüm mesaja malik olubdur.
Kontr-admiral İrani əlavə edib: Düşmən İran-Çin-Rusiya üçbucağının başını qarışdırmağa çalışır ki, biz lazımi əməkdaşlıqlara malik olmayaq, lakin Allahın köməkliyi ilə yaxşı həmkarlıq və addımlara malik olmuşuq və malikik. Bu əlaqə və əməkdaşlıqların daha da gücləndirilməsi zəruridir.
Müştərək komitənin yaradılması vacibliyini vurğulayan kontr-admiral İrani müxtəli sahələrdə, xüsusən təlim, texniki və sair bölmələrdə daha artıq anlaşmaya təkid edib.
Kontr-admiral İrani ilə görüşdən məmnun qaldığını bildirən admiral Nikolay Yevmenov da deyib: Ümid edirəm ki, bu səfər iki ölkənin dəniz qüvvələri arasındakı əlaqələrin daha da inkişaf etməsinə səbəb olacaq.
O, əlavə edib: Dünya ölkələrinin bəzi yarışlarının İranda keçirilməsi qərarı, düzgün və yerinə düşən bir qərar olub və bu sahədə səylərimizi artırmalıyıq.
İki ölkənin dəniz qüvvələri arasındakı yaxşı əlaqə və əməkdaşlıqların önəmini vurğulayan Rusiya ordusu dəniz qoşunlarının komandanı əlavə edib: Biz bu nöqtədə dayanmamalı və günü-gündən əlaqələrimizi yüksəltməliyik.
Rusiya ordusu dəniz qoşunlarının komandanı kontr-admiral İraninin təkliflərini rəğbətlə qarşılayıb.
Sözügedən hallarda tez bir zamanda ikitərəfli razılığa çatmağa və onları həyata keçirməyə hazırıq. Biz düzgün istiqamətdə hərəkət etdiyimizə əminik- deyə, admiral Yevmenov bildirib.
Rusiya ordusu dəniz qoşunlarının komandanı kontr-admiral İranini Rusiya ordusu dəniz qoşunlarının təsis edilməsinin Sankt-Peterburqda keçiriləcək ildönümü günü paradında iştiraka və bu qoşun bölmələrini müşahidə etməyə dəvət edib