May 16, 2023 15:51 Asia/Baku
  • İran deyil, ABŞ beynəlxalq dənizçilik və ticarət təhlükəsizliyini xətərə salır

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Amerika milli təhlükəsizlik şurasının strateji əlaqələr üzrə koordinatoru Con Kerbinin sözlərinə reaksiyada bildirib ki, amerikalı rəsmilərin Fars Körfəzi və Hörmüz boğazındakı təhlükəsizliyə dair İrana qarşı təkrar ittiham və iddiaları tamamilə əsassız olub, rədd edilir.

SəhərAzəri-nin məlumatına əsasən, Nasir Kənani əlavə edib: İran Fars Körfəzində, həmçinin regional və beynəlxalq sularda dənizçiliyin təhlükəsizliyinin təmini sahəsində ən təsirlii ölkədir və daima gəmi və qayıqların Hörmüz boğazından zərərsiz keçidinə zəmanət veribdir.

O, söyləyib: İki saxlanılmış gəmi ilə bağlı son tədbirlər həmin gəmilərin qayda pozuntuları və məhkəmə hökmlərinə əsasən, həmçinin dənizçilik üzrə beynəlxalq qaydaları pozan hərəkət və yanaşmalarla mübarizə məqsədilə görülübdür.

Kənani söyləyib: Amerikalı rəsminin anti-İran ittihamlarının fonunda qeyd edək ki, bu ölkə onilliklər boyu öz təxribatçı və müdaxilə mahiyyətli siyasətləri ilə Fars Körfəzi bölgəsində əmin-amansızlıq və səbatsızlığın yaradılması və şiddətlənməsi ilə məşğul olub. İrana qarşı yeni ittihamlar da bir bəhanə olub, bölgədə müdaxilə mahiyyətli iştirakın davam etdirilməsi və ya artırılmasını əsaslandırmaq məqsədilə irəli sürülür.

İran diplomatiya aparatının sözçüsü söyləyib: Amerikalı rəsminin sözlərinin əksinə olaraq, azad beynəlxalq sularda İranın bəzi neft yüklərini saxlayıb, müsadirə edən,/ dənizlərin hüquqlarına zidd hərəkətlərə söykənməklə rəsmi, beynəlxalq ticarət və dənizçilik təhlükəsizlyini riskə atan və tam həyasızlıqla İranı ittihamlandıran, məhz Amerika hökumətidir.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb: İran İslam Respublikası Fars Körfəzi bölgəsi və Hörmüz boğazında təhlükəsizliyin qorunması və təminində ən çox maraq və məsuliyyətə, həmçinin ən geniş sərhədə malikdir. Amerikalı qüvvələrin səbatsızlaşdırıcı iştirakı və hərəkətləri, İranın bölgənin və Hörmüz boğazının təhlükəsizliyinin təmini sahəsindəki məsuliyyəti, eləcə də qanun pozucuları ilə ciddi davranmasını ikiqat artırır.

Kənani sözlərinə belə yekunlaşdırıb: İran İslam Respublikası xarici hərbi qüvvələrin Fars Körfəzi sularındakı iştiraklarının davam etməsini bu strateji su hövəzində dənizçiliyin təhlükəsizliynə qarşı bir təhdid hesab edir və bu qənaətdədir ki, region ölkələri əcnəbilərin iştirakı olmadan/ onda dənizçiliyin təhlükəsizliyini və sülhü qorumaq bacarığına malikdirlər.

 

Teqlər