İnqilab Rəhbəri İmam Xomeyni(r.ə)-in vəfatının 34-cü ildönümü mərasimində çıxış edəcəklər
https://azeri.sahartv.ir/news/İran-i400131-İnqilab_rəhbəri_İmam_xomeyni(r.ə)_in_vəfatının_34_cü_ildönümü_mərasimində_çıxış_edəcəklər
Tehran vilayətinin İslami Təbliğat üzrə Koordinasiya Şurasının sədri İslam İnqilabının Böyük Rəhbərinin İmam Xomeyni(r.ə)-in vəfatının 34-cü ildönümü mərasimində iştirak və çıxış edəcəklərini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 23, 2023 12:16 Asia/Baku
  • İnqilab Rəhbəri İmam Xomeyni(r.ə)-in vəfatının 34-cü ildönümü mərasimində çıxış edəcəklər

Tehran vilayətinin İslami Təbliğat üzrə Koordinasiya Şurasının sədri İslam İnqilabının Böyük Rəhbərinin İmam Xomeyni(r.ə)-in vəfatının 34-cü ildönümü mərasimində iştirak və çıxış edəcəklərini bildirib.

SəhərAzəri-nin məlumatına görə, Höccətülislam Vəlmüslimin Seyid Möhsün Mahmudi söyləyib: Bir neçə illik koronadan sonra bu il son dərəcə müstəsna və mühüm bir fürsət yaranıb və inşaallah, ölkənin hər yerindən insanların bu mərasimdə iştirakının şahidi olacağıq.O, deyib: Diqqətlərin başlıca hissəsi, xordadın on dördündə İslam İnqilabının Böyük Rəhbərinin iştirakı və çıxışı ilə keçiriləcək Həzrət İmam(r.ə)-in mərasimi üzərində təmərküzləşib.1402-ci günəş ili xordadın on dördü, başqa sözlə, 2023-cü milad ili iyunun dördü, İran İslam Respublikasının dahi banisi- Həzrət İmam Xomeyni(r.ə)-in vəfatının ildönümü günüdür.