May 29, 2023 17:22 Asia/Baku
  • Astara sərhədi ilə Azərbaycanla dəmir yolu ticarəti 81% artıb

Yerli dəmir yolu rəsmisi son 2 ayda Astara sərhəd terminalı vasitəsilə Azərbaycan Respublikası ilə dəmir yolu ticarətinin 81 faiz artdığını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Qulamhüseyn Vələdi "İRNA" ilə müsahibədə deyib: "Martın 21-dən mayın 21-dək İran və Azərbaycan arasında Astara Dəmiryol Terminalı vasitəsilə ümumilikdə 120 min 125 ton yük daşınıb ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 66 min 638 ton və ya 81 faiz çoxdur".

O, həmçinin Astara sərhəd terminalından bu 2 ayda Azərbaycan Respublikasına və Mərkəzi Asiya ölkələrinə dəmir yolu ilə ixrac olunan malların həcminin 41 min 412 ton olduğunu və keçən ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz artdığını bildirib.

Vələdi əlavə edib: "Həmçinin Astara dəmir yolu terminalı vasitəsilə ölkəyə 31 min 429 ton yük daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 72 faiz çoxdur".

"Şimal-2" dəmir yolu şirkətinin icraçı direktorunun sözlərinə görə, cari ilin mart-may aylarında Astara sərhəd terminalının dəmir yolu marşrutu ilə 47 min 284 ton yük daşınıb ki, bu da ötən illə müqayisədə 461 faiz artım deməkdir.

Vələdi bu marşrutdan ixrac olunan malların əsasən sitrus meyvələri, müxtəlif meyvələr, sement, kimyəvi maddələr, kafel və konteyner olduğunu bildirib və deyib: "Şimal-2" dəmir yolu ilə ölkəyə ən çox idxal olunan mallar ağac, qarğıdalı, taxta və mərci olub" .

Teqlər