Prezident Rəisi: "Biz heç kimin nə qaşqabağına, nə də gülümsəməsinə bənd deyilik"
-
Prezident Rəisi
Prezident İbrahim Rəisi İranın xaricdəki nümayəndə heyətlərinin toplantısında çıxış edərkən deyib ki, " Biz xarici siyasi xəttimizi təyin edərkən heç kimin qaşqabağından, gülümsəməsindən gözləntimiz yoxdur"
SəhərAzəri-nin məlumatına əsasən, Cənab prezident qeyd edib ki, " Əvvəllər bəziləri düşünürdü ki, hər hansı bir ölkənin taleyini bir neçə dövlət müəyyən edir və xarici siyasət onlara uyğun şəkildə əlaqələndirməliyik. Lakin, biz hər bir ölkə ilə təyin edilmiş çərçivəyə uyğun əməkdaşlıq edir, heç kimin nə qaşqabağından və nə də gülümsəməsindən gözləntimiz yoxdur" Prezident həmçinin sanksiyalara toxunaraq bildirib ki, "İrana sanksiya tətbiq olunduğu üçün heç kimin bizimlə əməkdaşlığa hazır olmadığına dair fikir isə, bu tamamilə yanlış düşüncədir"