İslam İnqilabının Aliməqamlı Rəhbəri Türkmənistan Xalq Məsləhət Şurasının sədrini qəbul edib.
Həzrət Ayətullahül-üzma Xamenei: İran Türkmənistanla yol və enerji sahələrində əməkdaşlığa hazırdır
İslam İnqilabının Aliməqamlı Rəhbəri mayın 31-də Türkmənistan Xalq Məsləhət Şurasının sədri Qurbanqulu Berdiməhəmmədovu qəbul edib.
SəhərAzəri-nin məlumatına əsasən, Həzrət Ayətullahül-üzma Xamenei bu görüşdə İran İslam Respublikasının Türkmənistanla yol və enerji sahələrində əməkdaşlığa hazır olduğunu bildirərək deyib: “Ticarət məsələləri sahəsində, xüsusilə yol sektoru, su, elektrik enerjisi, qaz və digər sahələrdə əməkdaşlığı genişləndirmək üçün daha çox imkanlar var. Və İran İslam Respublikası bu sahələrdə əməkdaşlığa hazırdır”.
İnqilab Rəhbəri sonra iki ölkədə Ətrak və Ceyhun çayları arasında yüzlərlə məşhur alim və şəxsiyyətin olmasına, eləcə də İranda məşhur türkmən şairi “Maxtumquli Fərəğinin” məqbərəsinin mövcudluğuna toxunaraq əlavə edib ki, bu mədəni imkanları ciddiyə almaq lazımdır.