SEPAH "Fəttah" hipersəs raketini təqdim edib
İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Aerokosmik Qüvvələri çərşənbə axşamı yerli istehsalı olan "Fəttah" hipersəs raketini təqdim edib.
SəhərAzəri-nin məlumatına əsasən, "İran Press"in məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin mütəxəssisləri tərəfindən istehsal edilən "Fəttah" adlı hipersəs ballistik raketi bu gün səhər saatlarında İran İslam Respublikası prezidenti Seyid İbrahim Rəisi, İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Səlami və SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı briqada generalı Əmir Əli Hacızadənin iştirakı ilə təqdim edilib.
"Fəttah" hipersəs raketinin 1400 kilometr uçuş məsafəsinə malik olduğu və bütün raketdən müdafiə sistemlərindən keçərək bu sistemləri məhv etməyə qadir olduğu bildirilir.
Hipersonik raketlər bu gün ABŞ, Rusiya və Çin kimi ölkələrin istehsal etdiyi və istifadə etdiyi ən son silah və avadanlıqlar arasında yer alır.
Hipersəs raketlərinin əsas xüsusiyyətləri çox yüksək sürət, radiodalğaların qarşısını almaq, yüksək manevr qabiliyyəti və istiqaməti dəyişmək, gizlənmək və radar sistemlərindən keçməkdir.
Mərasimdə çıxış edən İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı "Fəttah" raketinin texnologiyasına görə, onun üçün raket əleyhinə qurğunun olmadığını bildirib və qeyd edib ki, tank, gəmi, təyyarə, hətta raket əleyhinə da qurğular hazırlanıb, lakin "Fəttah" raketi müxtəlif istiqamətlərdə və yüksəkliklərdə hərəkət etdiyinə görə heç bir raketlə məhv edilə bilməz.
"Fəttah"ın özlüyündə unikal olduğunu vurğulayan briqada generalı Əmir Əli Hacızadə İranın dünyada yeni texnologiya ilə raketlər istehsal edən dördüncü ölkə olduğunu bildirib.